Ölkə futbolu

Filip Ozobiç: “Yaxşı şərtlər məni “Qarabağ”a keçməyə vadar etdi”

“Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç ölkə mətbuatına müsahibə verib.

– İki il öncə “Qəbələ”nin heyətində Fransa “Lill”ini məğlub etmişdiniz.

– Ümid edirəm ki, bu, sonuncu olmayacaq. Azərbaycan çempionatında da yaxşı işlər görməyə davam etməyə çalışacam. “Qəbələ”nin Avropa arenasında uğur qazanması pis olmazdı.

– “Qarabağ”ı seçməyinizin səbəbi nə idi?

– Çünki bu komanda ardıcıl 5 dəfə çempion oldu. “Qəbələ” böyük klub olsa da, “Qarabağ” daha yüksək səviyyədədir. “Qəbələ”də hər şey yüksək səviyyədə həll olunur. Burada oyunçuların heç bir problemi yox idi. “Qəbələ”də müqaviləyə görə qalmışdım. Onlar da qalmağımı, yeni müqavilə imzalamağımı istəyirdilər. Lakin daha yaxşı şərtlər məni “Qarabağ”a keçməyə məcbur etdi.

– Bakıda məskunalaşan “Qarabağ”ın, yoxsa Qəbələdə oynayan “Qəbələ”nin tərəfdarları çoxdur?

– Bu mövzuya müsbət yanaşıram. “Qarabağ”ın daha çox azarkeşi var və onlar ön plandadırlar.

– Qrup mərhələsi haqqında nə düşünürsünüz?

– Çətin qrupda yer almışıq. “Arsenal” və “Sportinq” Çempionlar Liqası komandalarıdır. “Vorskla” isə onlara nisbətdə zəifdir. Qrupdan çıxmaq istəyirik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43