İdman

Dünyanın ən bahalı futbolçusu açıqlandı – Nə Neymar, nə Messi, nə də Ronaldo…

Dünyanın ən dəyərli 100 futbolçusunun siyahısını açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, CIES Futbol Araşdırmaları Mərkəzinin analitiklərinin açıqladığı siyahıya “Tottenhem”in hücumçusu Harri Keyn başçılıq edir. İngiltərə millisinin üzvünün transferi 201,2 milyon avro dəyərində qiymətləndirilir.

İkinci pillədə PSJ-nin üzvü Neymardı – 195,7 milyon avro.İlk üçlüyü isə braziliyalının komanda yoldaşı Killian Mbappe (186,5 milyon avro) qapayır. “Barselona”lı Lionel Messi (184,2 milyon avro) dördüncü, “Liverpul”un ulduzu Məhəmməd Salah (171,3 milyon avro) beşincidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43