Dünya futbolu

Dursun Özbək: “Biz əfv edək deyə cəza vermədik”

“Qalatasaray” klubunun prezidenti Dursun Özbək Sneyder və Musleraya verilən cəzalarla bağlı danışıb.

İdmanxeber.com-un verdiyi məlumata görə, o, cəzaların geriyə alınmayacağını qəti şəkildə bildirib:

“Biz ümumilikdə 14 futbolçuya cəza vermişik. Niyə axı sadəcə Sneyder və Musleradan danışırlar. İlin əvvəlində biz bütün futbolçulara cəza siyahısını təqdim etdik. İndi hamısı təəccüb edirlər. Biz əfv edək deyə bu cəzaları vermədik. Bütün cəzalar ödəniləcək”.

Qeyd edək ki, “Qalatasaray” klubu futbolçuları məşqə gecikmək, sarı və ya qırmızı kart almaq kimi səbəblərdən cəzalandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43