İdman

Eddi 90 dəqiqə oynadı, komandası rəqibi darmadağın etdi

İspaniya 2-ci liqasında 4-cü tura yekun vurulub. 

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan yığmasının üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” bu turda doğma meydanda “Xetafe” ilə qarşılaşıb.

 

Görüş “Kadis”in 3:0 hesablı qələbəsiylə nəticələnib. Matça start heyətində başlayan İsrafilov sonadək meydanda olub. 

 

Qeyd edək ki, hazırda hesabında 5 xal olan “Kadis” 8-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43