Kateqoriyasız

Eddi İsrafilov: “Bu qərarı mən verməmişəm”

Milli komandamızın və “Kordoba” klubunun üzvü Eddi İsrafilov İspaniya mətbuatına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi millimizin martın 21-27-də Antalyada keçiriləcək təlim-məşq toplanışına  qatılmayacaq. O, bunun “Kordoba”nın vacib oyunu ilə bağlı olduğunu bildirib:

“Millidən kənarda qaldığıma görə məyusam. Ancaq bu qərarı mən verməmişəm. Baş məşqçilər belə qərar verdi. Klubuma görə bunu etməli idim.  Bu kimi hallar hər zaman baş vermir. Azərbaycan millisində oyamağa həmişə hazıram”.

Millimizin üzvü daha sonra sözlərinə belə davam edib:  “Hazırda ikinci pillədəki komanda ilə aramızda cəmi 3 xal fərqi var. Vəziyyətimiz yaxşıdır. Növbəti turda “Numansiya”ya qalib gəlməliyik. Öz meydanımızda isə “Alaves”lə qarşılaşacağıq. Bundan sonrakı oyunlar bizim üçün həlledicidir. La Liqaya vəsiqə qazanmaq istəyiriksə, bundan sonra daha diqqətli olmalıyıq. “Alaves”lə görüş bizim üçün final oyunu kimi olacaq”.

Qeyd edək ki, “Kordoba” hazırda 46 xalla 5-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43