Dünyadan

Eddi İsrafilov seks videosu yaymaqda ittiham olunur

İspaniyanın “Eibar” klubunun futbolçuları Serxi Enrix və Antonio Luna xoşagəlməz durumla üzləşib. Futbolçuların seks videosu internetdə yayılıb.
İdmanxeber.com xəbər verir ki, videonun yayılmasından sonra hər iki futbolçu mətbuat konfransı keçirərək üzr istəyiblər. Ötən ilin yayında çəkilən videonun internetdə yayılması xanımın şikayəti ilə nəticələnib. Futbolçular videonun yayılmasına görə özlərini yox, Azərbaycan millisinin üzvü Eddi İsrafilovu günahlandırırlar. Enrik açıqlamasında bildirib ki, həmin videonu Eddiyə göstərmişdik. Videoya yalnız Eddinin əli çatırdı. Buna görə də, videonu Eddi paylaşıb”.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43