Ölkə futbolu

Azərbaycan Kubokunda 2016/2017 mövsümünə start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 2016/2017 mövsümünə start veriləcək.

İdmanxeber.com xəbər verir ki, ilkin təsnifat mərhələsindən 4 komanda mübarizəyə qoşulacaq.

Azərbaycan I Divizionunda çıxış edən “Turan Tovuz” klubu “Bakılı”nı qəbul edəcək. “Şəmkir” isə “Qaradağ Lökbatan”ı sınağa çəkəcək. Tovuzda keçiriləcək görüşün qalibi 1/8 finalda evdə “Zirə” ilə, Şəmkir duelinin güclüsü isə səfərdə “İnter”lə qarşılaşacaq. 

Komandalar bu günədək ölkə kubokunda üz-üzə gəlməyiblər.

Azərbaycan Kuboku

1/16 final

12 oktyabr


14:00. “Turan Tovuz” – “Bakılı”

Hakimlər: Orxan Məmmədov, Vüsal Qənbərov, Cəmil Quliyev, Rəşad Əhmədov

AFFA nümayəndəsi: Namiq Qasımov

Hakim-inspektor: Qurban Məmmədov

Tovuz şəhər stadionu

14:00. “Şəmkir” – “Qaradağ Lökbatan”

Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Elgün Hüseynov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Rüfət Əliyev

Şəmkir Olimpiya İdman Kompleksinin stadionu

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 2-3 dekabrda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43