Kateqoriyasız

Elbrus Məmmədov: “Bu stadion yenidən ağzına kimi dolacaq”

“Əsas olan azarkeşlərimizi sevindirdik. Biz istəyirdik ki, bu gün “Neftçi” onun üçün uğursuzluq sayılan qələbə sindiromunu yenə qıra bilməsin. Biz məhz bu şüarla meydana çıxmışdıq və bunun üçün də əzmkarlıq göstərib oyunu qaytara bildik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.

Cənub komandasının çalışdırıcısı oyunun qırılma anını Sankonun qırmızı vərəqə alması ilə əlaqələndirib:

“Sankonun qırmızı vərəqə alması oyunun qırılma anı idi. Lakin fasilədə komandaya tapşırıqlarımı verdim və biz “Neftçi”yə qələbə sevinci yaşatmadıq. Azarkeşlərimiz də bu gün bizə çox dəstək oldular. Zamanla “Xəzər Lənkəran” düzləcək və bu stadion yenidən ağzına kimi dolacaq”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43