Kateqoriyasız

Elçin Məsiyev Konfrans Liqasının oyununu idarə edəcək

FIFA referisi Elçin Məsiyev Konfrans Liqasının oyununa təyinat alıb.

O, I təsnifat mərhələsində keçiriləcək Moldovanın “Petrokub” və Şimali Makedoniyanın “Sileks” komandaları arasında oyunu idarə edəcək.

Yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.

İyulun 15-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43