Kateqoriyasız

“Qəbələ” bu gün başlayır

“Qəbələ” klubu bu gün 2021/22 mövsümünün hazırlığına start verəcək.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” bu gün təlim-məşq toplanışına başlayacaq. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda hazırlığın ilk mərhələsini Qəbələdə gerçəkləşdirəcək. Komanda günün ikinci yarısında bir araya gələcək.

Toplanışın ilk məşqi saat 18:30-a planlaşdırılıb. “Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda hazırlıq keçəcək.

Premyer Liqada yeni mövsüm avqustun 14-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43