Ölkə futbolu

Elxan Abdullayev: “Kim istəyər ki, ünvanına “istefa” şüarları səslənsin?”

“Bu cür matçın ardınca nəsə demək asan olmayacaq. Məğlub olmamalı idik.Ötən il bu stadionda AZAL-la görüşdük və yenə də eyni aqibəti yaşadıq. Qol vurmaq istəyimiz çox idi. “Səbail”in çox yaxşı kollektivi var, bir çox klublara baş ağrısı olacaqlar. İstədiyimiz oyunu sərgiləyə bilmədik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının II turu çərçivəsində baş tutan “Səbail” – “Neftçi” görüşünün ardından keçirilən ənənəvi mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Elxan Abdullayev deyib. Qarşılaşma ilə bağlı fikirlərini bölüşən çalışdırıcı qoldan sonra azarkeşlərin “istefa” şüarlarını səsləndirməsinə münasibət bildirib: “Kim istəyər ki, ünvanına “istefa” şüarları səslənsin? İstənilən halda, azarkeşlər haqlıdı. Onların


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43