Ölkə futbolu

“Səbail”ə uduzan “Neftçi”nin azarkeşləri rəhbərliyi və baş məşqçini istefaya səslədi

Azərbaycan Premyer Liqasının II turu çərçivəsində "Dalğa Arena"da "Neftçi" ilə qarşılaşan "Səbail" qarşılaşmanın son dəqiqəsində rəqib torunu silkələyib.

İdmanxeber.com-un məlumatına görə, Elman Taqayevin hesabı açmasının ardından arenaya toplaşan "Neftçi" azarkeşləri öz narazılıqlarını bildiriblər. Stadiona toplaşan flaqmanın fanatları "istefa-istefa" şüarları ilə rəhbərliyi və baş məşqçi Elxan Abdullayevi istefaya səsləyiblər.

Görüş "Səbail"in minimal hesablı qələbəsi ilə sonuçlandı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43