Kateqoriyasız

Elxan Məmmədov: “Milli qazandığı uğura görə mükafatını alacaq”

AFFA-nın baş katibi Elxan Məmmədov futzal üzrə Azərbaycan yığmasının dünya çempionatına vəsiqə uğrunda Hollandiyaya qarşı keçirdiyi cavab pley-off matçından (4:4, ilk oyun 5:1) sonra jurnalistlərin suallarını cavablandırıb. 

İdmanxeber.com-un məlumatına görə, o, öncə bunları söyləyib:

– Maraqlı oyun alındı. Əsas odur ki, uşaqlar ilk oyundakı qələbədən sonra arxayınlaşmamışdılar və cavab matçına da ciddi yanaşdılar. Uduzmadıq. Bu nəticə reytinqimizə də təsir edəcək. Bu gün azarkeşlərin komandamızı yaxşı dəstəkləməsi də vacib məqamlardandır. Komandamız Avropa çempionatının final mərhələsində dəfələrlə oynamışdı. Amma dünya çempionatında oynamaq təcrübəmiz yox idi.

– Yığmamız özünə sınaqçı-rəqib tapmaqda çətinlik çəkir. Bu problemi necə həll edəcəksiniz?
– Biz qarşıdakı dörd ay üçün hazırlıq qrafiki hazırlayacağıq. Ən azından dörd yoxlama matçı keçirmək lazımdır.

– Tino Peres yığmada qalacaq?
– Biz bu məsələni müzakirə edəcəyik.

– Komandaya mükafat veriləcək?
– Əlbəttə, komanda qazandığı uğura görə mükafatını alacaq. Çünki bu, ən yaxşı nəticədir. Bununla bağlı futzal federasiyasının rəhbərliyi ilə müzakirələrimiz olacaq. (azerisport.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43