Kateqoriyasız

Elxan Məmmədov millimizin üzvləri ilə görüş keçirdi

AFFA-nın baş katibi Elxan Məmmədov növbəti görüşünü keçirib. 

İdmanxeber.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Məmmədov bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Baş katib Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.

Qeyd edək ki, millimiz Avropa çempionatının elit-raund mərhələsi çərçivəsində martın 17-də Xorvatiya, 19-da Portuqaliya, 2 gün sonra isə Serbiya komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı II qrupun oyunları Bakıda təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43