Ölkə futbolu

Emil Balayev: “Cavab oyununa fərqli hazırlanmalıyıq”

Azərbaycan kubokunun 1/4 final mərhələsinə start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyunda “Zirə” evdə “Səbail”i 1:0 hesabı ilə məğlub edib. Oyunun ardından “Səbail”in qapıçısı Emil Balayev görüş barəsində fikirlərini bildirib:

“Oyuna çox yaxşı başlaya bilmədik. Azlıqda qalmağımız bizə mənfi təsir etdi. Ancaq buna rəğmən yaxşı mübarizə apardığımızı düşünürəm. Komanda yoldaşlarım əsl xarakter göstərdi deyə bilərdik. Təəssüf ki, ilk hissənin sonunda qol buraxdıq. Ancaq ikinci hissə vəzyyəti dəyişə bilərdik, alınmadı”.

-Rəqibin penaltidən fərqi artırması izin vermədin. Nə düşünürsən, bu qurtarışının cavab oyununda faydası olacaq ?

-Açığı, bu barədə indidən nəsə demək çox çətindir. Cavab qarşılaşmasında nələrin olacağını birlikdə görəcəyik. O matça yəqin ki, fərqli hazırlanacayıq. Çalışacayıq ki, baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirib növbəti mərhələyə yüksələk.

-Hakim ilk hissə sizin əleyhinizə qırmızı vərəqə göstərdi. İkinci hissə isə qapınıza bir penalti təyin etdi. Səncə, məğlubiyyətinizdə hakim qərarlarının təsiri oldu ?

-Ümumiyyətlə, hakim barəsində danışmaq istəmirəm. Epizodların təkrarına baxmadığım üçün konkret heçnə deyə bilmərəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43