Kateqoriyasız

Erməni “Neftçi”nin oyununa təyinat aldı – Avropa Liqasında

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Sperantsa” və “Neftçi” arasında keçiriləcək ilk oyunun təyinatları açıqlanıb.

İdmanxeber.az-ın paytaxt klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək.

UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.

Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 11-də Kişinyovda keçiriləcək və həmin oyun da Bakı vaxtı ilə 21:00-da start götürəcək. Bu cütün qalibi 2-ci raundda Rusiyanın “Arsenal” (Tula) klubu ilə üz-üzə gələcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43