Ölkə futbolu

“Etiraf etmək lazımdır ki, bu gün “İnter” daha güclü idi”

“Uyğun heyəti tapdıq, oyuna aqressiv başladıq. Rəqibə öz oyununu göstərməyə imkan vermədik. Fikrimcə, bu mövsüm ən yaxşı oyunumuzu göstərdik. Lakin eyforiyaya qapılmaq lazım deyil. Bu gün maksimum güclə oynamalı idik ki, potensialımızı bilək”.

Bu sözləri “Neftçi” ilə oyunsonrası keçirilən mətbuat konfransında “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib. 

Çalışdırıcı sözlərinə belə davam edib: “Oyun göstərdi ki, “Neftçi” və “Qarabağ” kimi güclü rəqiblərə qarşı oynaya bilərik. Təqvim oyunlarından biri idi, arxayınlaşmaq olmaz. Etiraf etmək lazımdır ki, bu gün “İnter” daha güclü idi. Çempionluq uğrunda mübarizə çətin olacaq. Mükafatlar uğrunda vuruşacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43