Milli komanda

Fəhmin Muradbəyli: “Oyun istədiyimiz kimi gedirdi”

U-21 millimiz Avropa Çempioanatının seçmə mərhələsini qələbəsiz başa vurdu.

Avropa Çempionatının seçmə mərhələsinin sonuncu turunda milli komandamız səfərdə Norveçlə 1:1 heç-heçə edib. Qarşılaşmda eganə qolumuzun sahibi Fəhmin Muradbəyli oyundan sonra görüş barəsində fikirlərini bildirib:

“Çox çətin oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı. Çətin səfərdə məqsədimiz 3 xal qazanmaq idi. Oyunumuz istədiyimiz kimi gedirdi. Rəqibini əks-hücumda yaxalayıb penalti vurmaq imkanı qazandıq. Qol vurduğum üçün sevinirəm. Bu seçmə mərhələdə sonuncu oyunumuz idi. Yaxşı nəticə ilə seçmə mərhələni başa vurmaq istəyirdik”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43