Dünya futbolu

“Fənərbağça” – “Trabzonspor” matçında 4 qol

Türkiyə Super Liqasında növbəti turun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, turun mərkəzi görüşündə “Fənərbağça” doğma meydanda “Trabzonspor”u qəbul edib. Görüş ev sahibi komandanın 3:1 hesablı qələbəsi ilə sona çatıb.

İstanbul komandasının qollarını Batşuayi (11), Luan Peres (58) və Enner Valensiya (71) vurub. Qonaqlarda isə Trezege (80,p) adını tabloya yazdıra bilib.

Xatırladaq ki, ikinci sırada qərarlaşan “Fənərbağça” lider “Qalatasaray”dan 5 xal geridədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43