Kateqoriyasız

“Fənərbağça” və “Qalatasaray” “Qarabağ”dan geridə

UEFA Premyer Liqa klublarımızın 2020/21 mövsümü üzrə reytinq sıralamasını müəyyənləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, son 5 mövsümün nəticələrinə əsasən hazırlanan reytinqdə “Qarabağ” 20.000 xalla “Feyenoord” (İtaliya) və FKSB (Rumıniya) ilə birgə 64-66-ci pillələri bölüşdürür.

Bu nəticə ilə təmsilçimiz reytinqdə “Fənərbağça”, “Qalatasaray”, “Atletik”, “Selta”, “Real Sosyedad”, “Everton” (İngiltərə) kimi məşhur klubları geridə qoyub.

Digər klublarımızdan  “Qəbələ” 178-ci, “Neftçi” 221-ci, “Keşlə”, “Səbail”, “Zirə”, “Kəpəz”, həmçinin tarixində ilk dəfə bu mövsüm avrokubokda mübarizəyə qoşulacaq “Sumqayıt” isə 312-ci yerdə qərarlaşıblar.

Qeyd edək ki, 427 klubun yer aldığı siyahıya “Bavariya” başçılıq edir (109.000) “Barselona” 2-ci (106.000) “Real” 3-cüdür (105.000)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43