Kateqoriyasız

“Fənərbağça”nın oyunçusu Almaniya klubuna keçir?

“Fənərbağça”nın futbolçusu Ferdi Kadıoğlu karyerasını Almaniyada davam etdirə bilər.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Borussiya” (Dortmund) klubu 23 yaşlı oyunçunun xidmətində maraqlıdır.

Bundesliqa klubu gələn mövsüm müqaviləsi sona çatan Tomas Meunierin mövqeyini türkiyəli futbolçu ilə doldurmaq istəyir.

“Fənərbağça” klubunun Kadıoğlu üçün 20 milyon avro istədiyi də xəbərdə vurğulanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43