Dünya futbolu

“Fənər”in istədiyi hücumçu klubundan ayrıldı

“Fənərbağça”nın gündəmində olan “Kristal Pelas”ın hücumçusu Vilfrid Saha klubdan ayrılacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Roy Hodcson açıqlama verib. Təcrübəli mütəxəssis Zahanın ayrılığına üzlüdüyünü də sözlərinə əlavə edib.

Xatırladaq ki, fil dişi sahilli forvardla İstanbul təmsilçisi yaxından maraqlanır. Zahanın meneceri dünən axşam “Fənərbağça” – “Trabzonspor” matçını stadiondan izləyib.

O, cari mövsüm 28 oyunda çıxış edib və 7 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43