Kateqoriyasız

Fərid Nəbiyev Çexiyada növbəti qolunu vurdu – VİDEO

Çexiya II Liqasında XXIII tura yekun vurulub.

Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya Jijkov” öz meydanında “Trineç”i məğlub edib – 3:1.

Nəbiyev də bu görüşün iştirakçısı olub. Matçdakı ilk qolu da 20 yaşlı oyunçu vurub. O, 2-ci dəqiqədə hesabı açaraq komandasının qələbəsində böyük pay sahibi olub. Nəbiyev 58-ci dəqiqədə əvəzlənib.

“Viktoriya Jijkov” 41 xalla 3-cü pillədədi və Yüksək Liqaya çıxmaq şansını saxlayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43