Kateqoriyasız

Fabio Kapello: “Azərbaycan yığması bizə “ofsayd”dan qol vurdu”

Rusiya yığmasının baş məşqçisi Fabio Kapello  "Sport-Ekspress”ə müsahibə verib.

Müsahibəsində bir sıra məsələlərə toxunan Kapello, oktyabrın 15-də səfərdə millimizdən buraxdıqları son dəqiqə qolunun "ofsayd"dan vurulduğunu iddia edib.

Onun fikrincə, Vaqif Cavadovun fərqləndiyi epizodda oyundankənar vəziyyət var idi:

"Yan xətt hakiminin “ofsayd” qeydə almamasının səbəbi mənim üçün qaranlıq qaldı. Halbuki həmin epizodda qolun oyundankənar vəziyyətdən vurulduğunu hamı gördü. Biz kifayət qədər təhlükəli vəziyyət yaratdıq və son dəqiqədə top buraxdıq. Bu qolun ofsayddan vurulmasına baxmayaraq, futbolçularıma haqq qazandırmaq niyyətində deyiləm. Nəticə göz qabağındadır”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43