Dünyadan

Felipe Melo yenidən Türkiyə çempionatına qayıda bilər

Futbol azarkeşlərinin “Qalasataray”dan xatırladığı Felipe Melo yenidən Türkiyə çempionatında çıxış edə bilər.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı ulduz futbolçu cari mövsüm Superliqaya yüksələn “Malatyaspor” klubunun hədəfinə düşüb. Hazırkı klubu “Palmerias” olan Melo Türkiyə təmsilçisindən rəsmi təklif alsa da, qarşı tərəfdən düşünmək üçün vaxt istəyib.

Qeyd edək ki, 34 yaşlı oyunçu 2011-2015 aralığında “cim-bom”un şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43