Ölkə futbolu

“İnter” Rauf Əliyevin transferinə problem yaradır: “Bu qədər kömək etdiyim klub niyə belə edir anlaya bilmirəm”

"İnter"in futbolçusu Rauf Əliyevin yaxın günlərdə Albaniya klubuna keçəcəyi barədə xəbər vermişdik.

İdmanxeber.com-a danışan hücumçu hazırda "Kukesi" ilə müqavilə bağlamaq üçün Albaniyada olduğunu bildirib. "Bankirlər"lə müqaviləsinin başa çatdığını xatırladan forvard bununla belə Bakı klubundan transfer vərəqəsini ala bilmədiyini söyləyib: "İnter"lə müaviləm bu ilin yayında başa çatıb. Ancaq transfer vərəqəmi gecikdirirlər. Səbəb kimi onu göstərirlər ki, guya müqaviləm başa çatmayıb. Bu qədər köməklik göstərdiyim "İnter" mənə qarşı niyə belə edir anlaya bilmirəm".

Sonda Əliyev tez bir zamanda yeni klubu ilə sözləşməyə qol çəkəcəyini bildirib: "Belə götürsək, mənim üçün böyük problem yoxdu. Ancaq istəmərəm ki, sonra "İnter" üçün problem yaransın".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43