Dünya futbolu

“Fənərbağça”dan ayrılır…

“Fənərbağça” bir futbolçu ilə yollarını ayırır.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, komandanın seneqallı futbolçusu Musa Sou baş məşqçisi Ərsun Yanalla aralarında yaranan problemlər səbəbindən “Fənərbağça”dan ayrılmaq istəyir. Onun Fransaya  geri dönəcəyi iddia olunur. “Lyon” futbolçu ilə yaxından maraqlandır. Fransız təmsilçisi forvardı Qomisi sata bilsə, Sou transfer edəcək. “Lyon” futbolçuya görə, 6 milyon avro verməyə hazırdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43