Ölkə futbolu

“Xəzər Lənkəran”ın yeni transferi: “Sanki məndən zəhlələri gedirdi”

“Xəzər Lənkəran”ın futbolçusu Edu Oriol İspaniya mətbuatın müsahibə verib. 27 yaşlı hücumameylli yarımmüdafiəçi “Saraqosa”dan ayrılmasından və ölkəmizə gəlişindən danışıb.

– Bu yay “Saraqosa”nı xeyli futbolçu tərk etdi. Siz də onlardan birisiniz. Buna nə səbəb oldu?
– Ay yarımdan çoxdur oranı tərk etmişəm. Baş verənləri unutmaq istəyirəm. Sanki məndən də, digərlərindən də zəhlələri gedirdi. Kluba hər gələn öz ideyalarını sırıyırdı, biz isə bu ideyalara uyğun gəlmirdik.
– Niyə belə idi, nə baş vermişdi?
– Bilmirəm. Onu bilirəm ki, klubdan narazılıqla ayrıldım. Çünki belə münasibətə layiq deyildim. Mənə şans verməli idilər. Lakin bunu etmədilər. Baxmayaraq ki, mən faciəvi dərəcədə zəif deyildim.

– Belə münasibətdən sonra müqaviləni sülhlə pozdunuz?
– Hə. Bir-birimizin əlini sıxıb ayrıldıq. Belə addım hər iki tərəf üçün faydalı idi.

– Lakin bəzi komanda yoldaşların məhkəmələrə, federasiyaya, hətta FİFA-ya qədər gedib müqaviləsinə erkən bitməsi üçün kompensasiya tələb edir…
– Mənim işim futbol oynamaqdı. Başqa məkanlarda “döyüşməyi” xoşlamıram. Bu üzdən
pula görə savaşmayacağam.

– İndi İspaniyadan uzaqdasınız. “Saraqosa” kənardan necə görünür?
– Komandanın hər matçını internetdən izləyirəm. Mən elə belə də start gözləyirdim.

– Sizcə “Saraqosa” Primeroya qayıtmağa namizəd sayılmalıdır?
– Əlbəttə ki, oyunçuların səviyyəsinə görə namizəddir. Ənənələrinə görə isə daha çox layiqdir.

– Nəticədə Azərbaycana getdiniz. Toni Doblasın ayrıldığı “Xəzər Lənkəran”a…
– Doblas komandada qalmayıb. Amma başqa ispaniyalı – Alvaro Silva var. Onun bu klubdan heç bir şikayəti yoxdur.

– Bəs uzaq ölkəyə getməyinizin səbəbi nə idi?
– Bura gəlməyə qərar verməyim maliyyə məsələsi idi. İspaniyada mənim səviyyəmdə futbolçuya istədiyim pulu verməzlər. Mən cəmi 2 illik gəlmişəm.

– Oradakı şəraitdən razısınızmı?
– Burada hələlik hər şey ən yüksək səviyyədə , 10 ballıq şkala ilə “10”a layiqdir. Klub rəhbərliyindən çox razıyam. Söz verdikləri bütün şərtlərə əməl edirlər.

Apasport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43