Kateqoriyasız

AFFA FİFA-nın qərarına əsasən Baakı Metropoliteninin rəhbərliyinə müraciət edəcək

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Rusiya matçının başlama vaxtı açıqlanıb. Oktyabrın 15-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Görüşün belə gec saatda başlaması FİFA-nın qərarıdı. Belə ki, qrup mərhələsi çərçivəsində sonuncu oyunlar olduğu üçün qruplarda bütün görüşlərin vaxtını ali futbol qurumu müəyyənləşdirib.

Bununla əlaqədar AFFA rəhbərliyi iş vaxtının uzadılması ilə bağlı Bakı Metropoliteninin rəhbərliyinə müraciət edəcək.

Qeyd edək ki, qarşılaşma 8-ci km qəsəbə stadionunda baş tutacaq.

affa.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43