Dünyadan

“Fənərbaxça” – “Qalatasaray” derbisində Abidal sürprizi

Türkiyə Super Liqasında 20 sentyabrda “Fənərbaxça” – “Qalatasaray” derbisi baş tutacaq.

İdmanxeber.com-un məlumatına görə, bu derbi üçün xüsusi olaraq “Barselona”nın unudulmaz sol cinah müdafiəçisi, Fransa milli komandasının əfsanəvi kapitanı, məşhur ulduz Erik Abidal dəvət edilib.

Abidal həm matç öncəsində, həm də matçın ardından derbini yayımlayacaq televiziya kanalında matçı şərh edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43