Dünya futbolu

“Fənərbaxça”dan 3-cü transfer

Türkiyənin “Fənərbaxça” klubu daha bir futbolçunu heyətinə cəlb edib.

İdmanxeber.com-un məlumatına görə, İstanbul təmsilçisi “Monako”nun yarımmüdafiəçisi Nabil Dirarla razılığa gəlib. Mərakeşli yarımmüdafiəçinin bu gün İstanbula gedərək müqavilə imzalayacağı açıqlanıb.

Xatırladaq ki, “Fənərbaxça” buna qədər Matyu Valbuena və Mehmet Ekicini də heyətinə cəlb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43