Ölkə futbolu

“Panatinaykos”un forvardı “Qarabağ”a keçməkdən imtina etdi

“Gənclərbirliyi”nin hücumçusu Rantie Tokelo ilə anlaşa bilməyən “Qarabağ” Yunanıstandan da məyusedici xəbər alıb.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan çempionu “Panatinaikos”un forvardı Lautaro Rinaldidən gözlədiyi münasibəti görməyib.

23 yaşlı argentinalı ötən yay “Argentinos Juniors”dan transfer olunduğu Ellada klubunda cəmi 8 matça çıxsa da, ölkəni dəyişmək istəməyib. O imtinasına səbəb kimi Premyer Liqamızın zəif keçməsini göstərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43