Kateqoriyasız

“Ferentvaroş” – “Qarabağ” oyununa nə qədər bilet satılıb?

“Qarabağ” Macarıstanda dolu tribunalar önündə oynayacaq.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmaya maraq çox böyükdür.  “Qrupama Arena” da oynanılacaq görüş üçün satışa çıxarılan bütün biletlər tükənib.

Stadion 22 min azarkeş tutumuna malik olsa da, ev sahibi komanda min nəfərlik yeri boş buraxmalıdır. Buna səbəb ötən günlərdə UEFA-nın kluba verdiyi cəzadır.

“Ferentvaroş” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43