İdman

FİFA AÇIQLADI: Milli komandamız reytinqdə gerilədi

FİFA milli komandaların növbəti  reytinq cədvəlini tərtib edib.

İdmanxeber.com-un FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən ayla müqayisədə Azərbaycan milli komandası 1 pillə geriləyib.  Yığmamız 275 xalla 119-cu pillədə qərarlaşıb. Ötən ay komandamızın Antalyada Moldova ilə qolsuz bərabərə qalması xal ehtiyatımızın  281-dən 275-ə qədər enməsi ilə nəticələnib.

Qeyd edək ki, siyahıya 1602 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1484), Portuqaliya üçüncüdür (1358).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43