İdman

FIFA DÇ – 2018 üçün AFFA-ya pulsuz bilet ayırmayıb

FIFA bu il Rusiyada keçiriləcək dünya çempionatı üçün AFFA-ya pulsuz bilet ayırmayıb.

İdmanxeber.com-un məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib.

O bildirib ki, Azərbaycan vətəndaşları biletləri onlayn şəkildə FIFA-dan əldə edə bilərlər: “Dünya çempionatı üçün bilet satışını FIFA onlayn formada təşkil edir. Yerli federasiyalar bu prosesdə iştirak etmirlər. Azarkeşlər biletləri internet üzərindən ələd edə bilərlər. AFFA olaraq biz də biletləri eyni formada alıb, üzvlərimizə təqdim edəcəyik”.

Qeyd edək ki, DÇ-2018-in oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. report.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43