Dünya futbolu

FİFA prezidenti başsağlığı verdi

FİFA prezidenti Canni İnfantino Braziliyanın “Şapekoense” klubunun futbolçularının da olduğu təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.

İdmanxeber.com-un məlumatına görəi, C.İnfantino bunun futbol adına çox kədərli xəbər olduğunu deyib. “Kolumbiyadakı təyyarə qəzasına görə, dərin təəssüf hissi keçiririk. Hazırda bütün diqqətimiz baş verən hadisə, ölənlərin doğma və yaxınlarının yanındadır. Bu hadisəyə görə, bütün futbol  ictimaiyyəti və Braziliya xalqı məyusdur”, – deyə qurum rəhbəri əlavə edib.

Qeyd edək ki, Kolumbiyanın “Atletiko Nasional” klubu isə təqdirəlayiq addım atıb. Komanda rəhbərliyi faciə ilə üzləşmiş Braziliyanın “Şapekoense” klubunun Cənubi Amerika kubokunun qalibi elan edilməsi ilə bağlı qitə futbol konfederasiyası – KONMEBOL-a müraciət ünvanlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43