Milli komanda

FİFA yeni reytinq cədvəlini açıqladı- millinin yeri dəyişdi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. ötən ayla müqayisədə millimiz 1 pillə irəliləyərək 1207 xalla 107-ci yerə yüksəlib..

Yığmamızın Millətlər Liqasındakı rəqiblərinə gəlincə, Farer adaları 1251 xalla 95-ci (-3), Kosovo 1099 xalla 137-ci (+1), Malta isə 927 xalla 183-cü (0) yerdədir.

Qeyd edək ki, siyahıya 1733  xalla Belçika başçılıq edir. Fransa 2-ci (1732), Braziliya isə 3-cü (1669) yerdə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43