İdman

“Fiorentina”nın futbolçusu: “Qarabağ”a qarş “Dnepr”in heyətində oynamışam”

UEFA Avropa Liqasında “Qarabağ”ın rəqibi olan İtaliyanın “Fiorentina” klubunun hücumçusu Nikola Kaliniç Azərbaycan klubu ilə düşmələrindən danışıb.

 

İdmanxeber.com-un məlumatına görə, açıqlama verən futbolçu 2014-2015-ci il mövsümündə “Dnepr”in heyətində Ağdam təmsilçisinə qarşı oynamalarını yada salıb. 

 

Xorvatiyalı forvard “Qarabağ”ı belə dəyərləndirib:

 

“Bu komandaya qarşı “Dnepr”in heyətində oynamışam. O vaxt Kiyevdə onlara uduzmuşduq. Topla çox yaxşı rəftar edən komandadır. Köhnə heyətlə indiki arasında elə də ciddi fərq yoxdur. Ona görə də bu komandanı yaxşı tanıyıram. Biz qrupun favoriti ola bilərik. Amma heç nə asan olmayacaq. Məqsədimiz qrupdan çıxmaqdır. Bütün rəqiblərə hörmət edirik”.(sportal.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43