Kateqoriyasız

“Fırtınalar meydanı” daha 6 ay ingilisin nəzarətində – ÖZƏL

Lənkəran Mərkəzi Stadionunun ot örtüyünü öncədən də olduğu kimi ingilis mütəxəssis qaydaya salacaq.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, "Qəbələ"nin dəvət etdiyi qazonlar üzrə ingilis mütəxəssis Filip Şarplesin köməkçisi Azərbaycanı tərk etməyib. Şarplesin köməkçisi bu mövsümün sonuna kimi Lənkəranda qalacaq və bundan sonra onun Cənubu tərk etmək ehtimalı var.

Klubun mətbuat xidmətindən də bu xəbəri təsdiqləyiblər. Saytımıza bildiriblər ki, ingilis mütəxəssis yaya kimi "Fırrtınalar meydanı"nın ot örtüyünə nəzarət edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43