Kateqoriyasız

“Formula-1”lə bağlı maneələrin quraşdırılması davam edir

Avropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BHŞ) iyunun 17-19-da keçiriləcək “Formula-1” yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. 

Qurumdan İdmanxeber.com-a verilən məlumata görə, hazırda marşrutun keçəcəyi küçələrdə təhlükəsizlik maneələrinin quraşdırılması işləri icra olunur. Bu səbəbdən Əziz Əliyev küçəsi mayın 13-ü, saat 22:00-dan etibarən mayın 14-ü, səhər saat 06:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Qeyd edək ki, Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşması nəzərdə tutulur.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43