Premyer Liqanın III turu çərçivəsində dünən “Qarabağ” – “Xəzər Lənkəran” matçından sonra azarkeşlər arasında insident baş verib.
Cənublu fanatlar isə iddia edir ki, bu davanı salan “Qarabağ” deyil, “Neftçi”nin “Forza” azad azarkeş qrupunun fəalları eləyib.
“Forza”nın rəhbərlərindən olan Oktay Ağazadə isə İdmanxeber.com-a açıqlamasında bunları inkar edib:
“Bizim azarkeşlərdən dünənki oyuna gedən olub. Ancaq “Neftçi” formasında yox, sadə azarkeş kimi oyunuizləyib. Dünənki davada bizim azarkeşlərdən kimsə olmayıb. Onlar da yaxşı bilir ki, o davanı kimlər salıb. Bizim əlimizdə sübut var o qalmaqalı kimlərin salması ilə bağlı. Nə dava olursa bizim ayağımıza yazmaq düzgün olmaz”.