Kateqoriyasız

Fransa intiqam almaq üçün gün sayır

Fransa millisi Almaniyadan intiqam almaq üçün gün sayır.

İdmanxeber.com-un məlumatına görə, Fransa yığmasının hücumçusu 2014-cü il dünya çempionatındakı Almaniya məğlubiyyətini unuda bilmədiklərini söyləyib:

“2014-cü ildəki oyunun rövanşını almaq üçün böyük bir istəyə sahibik. Noyabrda burada onları 2:0 udduq amma bu yoldaşlıq görüşü idi. Azarkeşlərimiz qarşısında yarımfinala çıxdığımız üçün şanslıyıq. Ümid edirik ki, Marsel azarkeşləri də bizi Paris azarkeşləri qədər alovlu dəstəkləyəcəklər”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43