Dünya futbolu

Fransalı hakim insultdan dünyasını dəyişib

Fransalı futbol hakimi Yohan Hamel vəfat edib.

İdmanxeber.az “LEquipe” nəşrinə istinadən xəbər verir ki, referi 42 yaşında insultdan dünyasını dəyişib.

Qeyd edək ki, Yohan Hamel Liqa 1-in oyunlarına təyinat alıb. Ədalət təmsilçisi son olaraq noyabrın 6-da “Lill” və “Renn” (1:1) komandaları arasında baş tutmuş qarşılaşmanı idarə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43