Dünya futbolu

Futbol azarkeşləri arasında kütləvi dava: 1 ölü, 245 yaralı

İranda futbol komandalarının azarkeşləri arasında insident baş verib.

İdmanxeber xarici mətbuata istinadən xəbər verir ki, “Persepolis” – “Sepahan” görüşündən sonra azarkeşlər arasında kütləvi dava düşüb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 245 nəfər yaralanıb.

Baş vermiş insindentlə bağlı İran Futbol Federasiyası bəyanat yayıb. Bəyanatda lazımı tədbirlərin görücələcəyi qeyd edilib.

Qeyd edək ki, sözügedən qarşılaşma qolsuz bərabərliklə sona çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43