Ölkə futbolu

“Futbol həyatımda belə bir uğursuz gün yadıma gəlmir”

Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunlarına Qəbələdə yekun vuruldu. Həmin oyunda “Simurq” “Qəbələ”ni 3-0 hesabı ilə məğlub etdi.

George Çixradze (“Simurq”un baş məşqçisi): “Mən öz futbolçularımı təbrik edirəm. Kubok oyunları çətin olur. Çünki nəticə qazanmaq üçün sona qədər mübarizə aparmalıyıq. Düzdür, ilk oyunda 3 qol vurduq. Amma qarşıda cavab oyunu var. Növbəti mərhələyə adlamaq üçün cavab matçında da qələbə qazanmaq lazımdır”.

Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Bizim üçün uğursuz gün oldu. Hətta buraxdığımız qolları analiz etmək belə çətindir. Futbol həyatımda belə bir uğursuz gün yadıma gəlmir. Düzdür, bizim qol vurmaq şanslarımız da oldu. Amma yararlana bilmədik. Düşünürəm ki, futbolçularım “Qarabağ”la oyundan sonra yorğun idilər. Nəticədə futbolçular düzgün qərar verə bilmirdilər”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43