Dünyadan

Futbol üzrə Dünya Çempionatına ev sahibliyi etmək istəyən daha bir ölkə

DÇ-2026-ya ev sahibliyi üçün daha bir namizəd bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, Mərakeş Kral Futbol Assosiasiyası mundialın təşkilatçılığına iddiasını açıqlayıb.

1994, 1998, 2006 və 2010-cu illərin çempionatlarına da namizədlik verən Afrika ölkəsi 5-ci dəfə mübarizəyə qoşulacaq. İlk dəfə 48 komandanın yarışacağı turnirlə bağlı rəsmi müraciətlər olmasa da Kolumbiya, ABŞ, Böyük Britaniya, Qazaxıstan, həmçinin Avstraliya ilə Yeni Zelandiyanın, Azərbaycanla Türkiyənin birgə namizədliyi hallanır. Maraqlıdı ki, Azərbaycanın da Türkiyə ilə birgə namizədlik verəcəyi də dəfələrlə xarici mətbuatda yer alır.

 

Qeyd edək ki, DÇ-2018 Rusiya, DÇ-2022 Qətərdə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43