Kateqoriyasız

“GATE 13” çox təhlükəlidir, “Qəbələ”nin qoluna xüsusi sevinməyin!

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün “Qəbələ”ni qəbul edəcək Yunanıstanın “Panatinaikos” klubu “GATE 13” ultras azarkeş qrupu tərəfindən güclü dəstək görəcək. Bu barədə Afinada olan azerisport.az saytının müxbirinə yerli jurnalistlərdən biri məlumat verib:

“Onlar çox təhlükəlidirlər. Ona görə də azərbaycanlı jurnalistlərə “Qəbələ”nin qoluna xüsusi sevinməməyi məsləhət görürəm”.

Qeyd edək ki, “GATE 13” azarkeş qrupunun yer aldığı sektora hətta polislər də istəksiz yaxınlaşırlar. Adətən, bu fanat qrupu oyunlara 4000 azarkeşlə gəlir.

“Panatinaikos” – “Qəbələ” matçının keçiriləcəyi “Apostolos Nikolaidis” stadionu 16 500 azarkeş tutumuna malikdir. Arenanın bu gün baş tutacaq matç zamanı tam dolması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43