İdman

Gəncəli azarkeşlər üçün bəd xəbər

Azərbaycan Premyer Liqasının XVII turunda “Sumqayıt”la qarşılaşacaq “Kəpəz” oyunun hazırlıqlarını başa vurub. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, Gəncə təmsilçisi matç öncəsi son məşqini oyuna ev sahibliyi edəcək arenada keçib.

“Kəpəz” bugünkü görüşə itkilərlə çıxacaq. Komandanın heyətində cəzalı və zədəli futbolçular var. “Zirə”yə qarşı son çempionat matçında xəsarət alan Şəhriyar Əliyev və əvvəlki qarşılaşmadan zədəli olan kapitan Tural Axundov hələ də sağalmayıb. Cəzalı durumda olan Renan da Silva isə dünən əvəzedicilərin görüşündə meydana çıxıb.

Qeyd edək ki, “Sumqayıt” – “Kəpəz” oyunu saat 15:00-da başlayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43