Ölkə futbolu Premyer Liqa

Qəbələdə geridönüş etdilər, rəhbərlikdən bu “premya”nı eşitdilər

Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə “Kəpəz”ə qalib gələn “Səbail” futbolçularının alacağı pul mükafatının məbləği bəlli olub.

İdmanxeber.az-a daxil olan məlumata görə,  Gəncə klubu ilə görüşdə geri düşməsinə baxmayaraq 4 qol vuraraqa qalib gələn paytaxt təmsilçisinin hər bir üzvü 1000 manat “premya” alacaq.

Meydana sonradan girən futbolçular bu məbləğin 75, ehtiyatda oturan oyunçular isə 50 faizini əldə edəcək.

Qeyd edək ki, “Səbail” səfərdə “Kəpəz” 4:1 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43