Kateqoriyasız

“Gördüklərimi prezidentlə danışmışam” – Jelko Sopiç

FutbolPressAzərbaycan kubokunun 1/4 final mərhələsində “Qəbələ”yə məğlub olan “Sabah”ın baş məşqçisi Jelko Sopiçin matçdan sonra mətbuat konfransı keçirilib.

Xorvatiyalı mütəxəssis 2:3 hesabıyla bitən görüşü şərh edib:

– Rəqibi mərhələ keçdiyi üçün təbrik edirəm. Bu gün bizdən daha yaxşı çıxış etdilər. Mən oyunçularıma pis heç nə deyə bilmərəm. Onlar hər şeyi etdilər. Biz oyunu Qəbələdə uduzmuşduq. İlk hissədə 2 dəfə gəldilər və qol vurdular. Oyunçularıma bu gün meydanda verdiyi hər şey üçün təbrik edirəm.

– Hendrik Ekşteynin “Sabah”dakı gələcəyi qalıbmı, yoxsa bu gün bitdi?
– Ekşteyn və ya digər futbolçularla problemim yoxdur. Bura gəlməzdən əvvəl və sonra gördüklərimi prezidentlə menecerə danışmışam. Hər kəs özünü məşqdə göstərməlidir. Qışdan sonra necə olacağını görəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43